03 mart 2026 01:40
96

Melaniya Trampın sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının iclası başlayıb

ABŞ-ın birinci xanımı Melaniya Trampın sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının iclası başlayıb.

“İki sahil” xəbər verir ki, birinci xanım iclasdan öncə şura üzvləri ilə görüş keçirib və onlarla birgə foto çəkdirib.

Qeyd edək ki, tarixdə ilk dəfə ABŞ-ın birinci xanımı BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik edir. Bu, ABŞ-ın şuraya rotasiya qaydasında sədrliyi çərçivəsində baş tutur.

İclas "Münaqişə şəraitində uşaqlar, texnologiya və təhsil" mövzusuna həsr olunub. Tədbirdə ABŞ-ın BMT-dəki səfiri Mayk Uoltz da iştirak edir.