Pekin Tehranı Qətərdən mayeləşdirilmiş təbii qaz (LNG) ixracına və ya Hörmüz boğazı vasitəsilə həyata keçirilən digər enerji daşıyıcılarının tədarükünə mane ola biləcək addımlardan çəkinməyə çağırır.
“İki sahil” xəbər verir ki, bu barədə Bloomberg qaz şirkətlərindəki mənbələrə istinadla məlumat yayıb.
Agentliyin yazdığına görə, Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ning bildirib ki, Çin bütün tərəfləri dərhal atəşkəsə və boğazda gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinə çağırır.
“Çin bütün tərəfləri dərhal hərbi əməliyyatları dayandırmağa, gərginliyin artmasının qarşısını almağa və Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etməyə qətiyyətlə çağırır”, — deyə diplomatın sözlərini agentlik sitat gətirir.
Çin İran neftinin ən böyük alıcısıdır ki, bu da İran iqtisadiyyatı üçün kritik əhəmiyyət daşıyır. Eyni zamanda, Pekin Fars körfəzi ölkələrindən Hörmüz boğazı vasitəsilə həyata keçirilən enerji tədarüklərindən ciddi şəkildə asılıdır.
Məlumata görə, hökumət nümayəndələri İran tərəfi ilə yüksək səviyyədə təmaslarda olaraq Tehranı boğazdan keçən neft və mayeləşdirilmiş qaz tankerlərinə hücum etməməyə və yüklərin fasiləsiz daşınmasını təmin etməyə çağırırlar.
Agentlik qeyd edir ki, İran rəsmilərinə həmçinin ixrac mərkəzlərinə, o cümlədən Çinin LNG idxalının təxminən 30 faizini təmin edən Qatar kimi ölkələrə zərbə endirməkdən çəkinmək tövsiyə olunub.