03 mart 2026 13:44
96

Tel Aviv şəhərində İranın raket hücumu səbəbilə hava həyəcanı elan edilib

Təl-Əvivdə və İsrailin mərkəzi bölgələrində İran tərəfindən növbəti ballistik raket buraxılışından sonra hava həyəcanı siqnalları işə düşüb.

“İki sahil” xəbər verir ki, bu barədə RIA Novosti məlumat yayıb.

Şəhər üzərində partlayış səslərinin eşidildiyi bildirilir. İlkin ehtimallara görə, bu səslər hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti ilə bağlıdır.

Hazırda raketlərin birbaşa hədəfə dəyməsi, infrastrukturun dağıdılması və ya mülki şəxslər arasında xəsarət alanlar barədə məlumat verilməyib.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələri İran ərazisindən İsrail istiqamətində yeni raket buraxılışlarını qeydə aldığını açıqlamışdı.