03 mart 2026 13:55
100

Putinlə Tramp arasında telefon danışığı olacaq? - AÇIQLAMA

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, hazırda Rusiya prezidenti Vladimir Putinin iş qrafikində ABŞ lideri Donald Trampla telefon danışığı nəzərdə tutulmayıb.

“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.

“Xeyr, hələlik Trampla danışıq planlaşdırılmır. Prezidentin qrafikində belə bir tədbir yoxdur”, — deyə Peskov qeyd edib.

Bununla yanaşı, o, əlavə edib ki, vəziyyət dəyişə bilər.