İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytdə Amerika qoşunlarının yerləşdirildiyi iddia olunan əraziyə pilotsuz təyyarə hücumunu açıqlayıb.
“İki sahil” "Al Jazeera"yə istinadla xəbər verir ki, bu barədə SEPAH qərargahının açıqlamasında bildirilir.
"Küveytdəki Amerika qoşunlarının cəmləşdiyi əraziyə bir neçə zərbə endirdik", - bəyanatda qeyd olunur. Hücumun onlarla döyüş dronu tərəfindən həyata keçirildiyi bildirilir.
ABŞ qoşunlarının heyəri arasında mümkün itkilər barədə məlumat verilmir.