Qətərdə İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı iki casus şəbəkəsi aşkarlanıb, 10 nəfər həbs edilib.
“İki sahil” xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” Qətərin rəsmi xəbər agentliyinə istinadən məlumat yayıb.
“Dəqiq müşahidə və izləmə əməliyyatları nəticəsində 10 nəfər tutulub. Onlardan yeddi nəfərə ölkənin həyati vacib və hərbi infrastrukturu haqqında məlumat toplamaq tapşırılıb, digər üçü isə təxribat fəaliyyəti aparmaq və pilotsuz uçuş aparatlarının istifadəsi üzrə təlim keçib”, - məlumatda bildirilib.
Təhqiqat zamanı tutulan şəxslər SEPAH-la əlaqələrini etiraf edərək, casusluq və pozuculuq missiyalarını həyata keçirmək tapşırığı aldıqlarını bildiriblər.