Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi jurnalistlərə müraciət edib.
Müraciətdə deyilir ki, Yaxın Şərqdə davam edən hərbi əməliyyatlarla bağlı sosial şəbəkələrdə qeyri-dəqiq və mənbəyi bilinməyən məlumatlara istinad edən paylaşımlar müşahidə olunmaqdadır.
“İnformasiya mühitində dezinformasiya riskini artıran bu kimi cəhdlər ictimai rəydə çaşqınlıq yaratmağa yönəlmişdir. Media subyektləri sosial şəbəkələrdəki informasiya axınına münasibətdə yüksək peşəkarlıq göstərməli, mənbəyi şübhə doğuran, manipulyativ xarakterli məzmunu tirajlamamalıdır. Bütün media subyektlərini, jurnalistləri, ictimai fəalları fəaliyyətlərində yalnız rəsmi mənbələrə istinad etməyə, cəmiyyətdə təşviş doğuran paylaşımlardan çəkinməyə, informasiya manipulyasiyası hallarına yol verməməyə çağırırıq”.
Vüsal Qasımlının “Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfransda çıxışından əsas tezislər
Əsas hədəflərimizdən biri süni intellekt və Big Data analitika alətlərinin proseslərə tətbiqinin genişləndirilməsidir