04 mart 2026 11:45
80

“YAŞAT” Fondu şəhidimiz Rauf Əsgərovun ailəsinə dəstək göstərib

“YAŞAT” Fondu fəaliyyət istiqamətləri çərçivəsində şəhidimiz Əsgərov Rauf Vaqif oğlunun övladları üçün dəstək tədbirləri reallaşdırıb.

“İki sahil” xəbər verir ki, hazırda şəhidimizin hər üç övladı - Rüqəyya, Ramilə və Təqi “YAŞAT” Fondunun vəsaiti hesabına Gəncə şəhərində,  Xəzər Universiteti "Dünya" Məktəbində təhsil alır. Həmçinin onlar Fond tərəfindən gerçəkləşdirilən müxtəlif tədbir və layihələrin iştirakçısı olub və  məktəbli ləvazimatları ilə təmin ediliblər.  Rüqəyya 2025-ci ildə London şəhərində,  “YAŞAT” yay məktəbində də iştirak edib. 

“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının Hesabatlar (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.