Milli Məclisin deputatı Səbinə Xasayeva Binəqədi rayonunun 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasında seçicilərlə görüş keçirib.
“İki sahil” xəbər verir ki, görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.
Görüşdə Binəqədi rayon icra hakimiyyəti başçısının 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Araz Şiralıyev iştirak edib.
Vüsal Qasımlının “Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfransda çıxışından əsas tezislər
Əsas hədəflərimizdən biri süni intellekt və Big Data analitika alətlərinin proseslərə tətbiqinin genişləndirilməsidir