Əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir.
“İki sahil” xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, artıq 81 işəgötürən tərəfindən 100-dək işçiyə uşağının doğulması ilə əlaqədar olaraq 14 təqvim günü müddətində ödənişli atalıq məzuniyyəti verilib.
Həmin məzuniyyət uşağın doğulmasından əvvəl və sonrakı dövrləri əhatə edir.
İşçiyə ödənişli atalıq məzuniyyətinin verilməsi barədə əmr işəgötürən tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) e-qaydada formalaşdırılır. Bu məqsədlə cari ilin yanvar ayında ƏMAS-da yeni funksionallıq tətbiq edilib.
Vüsal Qasımlının “Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfransda çıxışından əsas tezislər
Əsas hədəflərimizdən biri süni intellekt və Big Data analitika alətlərinin proseslərə tətbiqinin genişləndirilməsidir