04 mart 2026 20:58
116

Azərbaycan kuboku: “Qarabağ” “Şamaxı” səddini keçdi

Azərbaycan kubokunda 1/4 finalın cavab oyununa çıxan "Qarabağ" evdə "Şamaxı"nı qəbul edib.

İki sahil” yazır ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən yarışın 6-cı dəqiqəsində Emmanuel Addai hesabı açıb. 31-ci dəqiqədə Karim Rossi bərabərlik qolunu vurub. 62-ci dəqiqədə Emmanuel Addai özünün və “Qarabağ”ın ikinci qolunu vurub. 63-cü dəqiqədə Leandro Andrade ağdamlıların üstünlüyünü 2 topa yüksəldib – 3-1.

Qarşılaşma bu hesabla da başa çatıb. Bununla da iki oyunun nəticəsinə əsasən 4-3 hesabı ilə “Şamaxı” üzərində qələbə qazanan “Qarabağ” növbəti mərhələyə yüksəlib.

Xatırladaq ki, Şamaxıda baş tutan ilk matçda "şirlər" 2-1 hesablı qələbə qazanmışdılar.

Azərbaycan kuboku,

1/4 final, cavab oyunları

4 mart (çərşənbə)

19:00. “Qarabağ” 3-1 “Şamaxı”

Qollar: Emmanuel Addai, 6 (1-0), Karim Rossi, 31 (1-1), Emmanuel Addai, 62 (2-2), Leandro Andrade, 63 (3-1)

Tofiq Bəhramov adına Respublika Stadionu

İlk oyun – 1:2

Məhərrəm Ağalaroğlu, “İki sahil”