Qətər təhlükəsizlik səbəbilə ABŞ səfirliyinin yerləşdiyi ərazi ətrafında yaşayan sakinlərin təxliyəsinə başlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Qətərin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, bu addım ictimai təhlükəsizliyi təmin etmək üçün müvəqqəti tədbir kimi həyata keçirilib.
Qeyd olunur ki, təxliyə edilən şəxslər üçün alternativ yaşayış yerləri təmin olunub.
Həmçinin, ABŞ-nin Dohadakı səfirliyi sosial şəbəkələrdə paylaşım edərək vətəndaşlara ehtiyat məqsədilə səfirliyin ətrafından uzaq durmaları barədə xəbərdarlıq edib.