Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.
“İki sahil” xəbər verir ki, günün ilk matçında “Kəpəz” “Turan Tovuz”u qəbul edəcək. Yevlax şəhər stadionunda gerçəkləşəcək qarşılaşma saat 14:30-da start götürəcək. Komandalar arasında keçirilmiş ilk oyunda Tovuz klubu 1:0 hesabı ilə qələbə qazanıb.
Sonuncu görüşdə “Sabah” “Qəbələ”nin qonağı olacaq. Qəbələ şəhər stadionunda təşkil olunacaq oyun saat 18:00-da başlayacaq. İlk qarşılaşmada qapılara qol vurulmayıb.
Qeyd edək ki, daha əvvəl “Zirə” və “Qarabağ” yarımfinala vəsiqə qazanıb.
Həftəsonu çimərlik güləşi üzrə milli komandamız mövsümün ən mühüm yarışına çıxacaq
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) oxatanlar üçün maarifləndirici seminar keçirib