06 mart 2026 15:31
149

20-21 martda Gəncə–Mingəçevir–Gəncə marşrutu üzrə qatar reysləri təşkil ediləcək

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) qarşıdan gələn Npvruz bayramı ilə əlaqədar 20-21 martda Gəncə–Mingəçevir–Gəncə marşrutu üzrə reyslər təşkil edəcək.

Bu barədə "İki sahil"ə səhmdar cəmiyyətindən bildirilib.

Məlumata görə, qatar saat 07:15-də Gəncədən, saat 08:40-da isə Mingəçevirdən yola düşəcək.