Martın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç arasında telefon danışığı olub.
“İki sahil” xəbər verir ki, söhbət zamanı Yaxın Şərqdəki mövcud vəziyyət barədə fikir mübadiləsi aparılıb, vəziyyətin daha da gərginləşməsindən narahatlıq ifadə olunub.
Telefon danışığı zamanı İran tərəfindən Naxçıvana qarşı törədilən dron hücumları pislənilib.
Söhbət zamanı Prezident İlham Əliyev Serbiyanın dövlət başçısını ad günü münasibətilə təbrik edib.
Aleksandar Vuçiç göstərilən diqqətə görə Azərbaycan Prezidentinə minnətdarlığı bildirib.
Dövlət başçıları ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafını məmnunluqla vurğulayıb, əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Elçin Əmirbəyov: Azərbaycan 2006-cı ildən etibarən Avropanın enerji təchizatında mühüm rol oynayır
Milli Məclis Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı qərəzli sənədlərini kəskin şəkildə qınayıb