Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVI tura yekun vurulub.
“İki sahil” xəbər verir ki, turun son oyun günündə iki görüş baş tutub.
"Turan" Tovuz Olimpiya İdman Kompleksində "Abşeron"u 3:0 (25:14, 25:14, 25:17) hesabı ilə məğlub edib.
"Murov Az Terminal" isə "Azərreyl"ə 1:3 (21:25, 22:25, 25:18, 22:25) hesabı ilə uduzub. Bu qarşılaşma Azərbaycan Voleybol Federasiyasının idman zalında keçirilib.
Həftəsonu çimərlik güləşi üzrə milli komandamız mövsümün ən mühüm yarışına çıxacaq
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) oxatanlar üçün maarifləndirici seminar keçirib