07 mart 2026 01:01
171

İsrail ordusu İran tərəfindən yeni raket atəşi barədə məlumat yayıb

İsrail hərbçiləri İran ərazisindən növbəti raket buraxılışını qeydə aldıqlarını və onları zərərsizləşdirməyə başladıqlarını bildiriblər.

“İki sahil” xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin bəyanatında bildirilib.

"İsrail Müdafiə Ordusu İrandan İsrail ərazisi istiqamətinə raket atışını qeydə alıb", - məlumatda qeyd olunub.

Əlavə edilib ki, hava hücumundan müdafiə sistemləri raketləri zərərsizləşdirir.