Bu gün Azərbaycanın qadınlardan ibarət millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində 2-ci oyununa çıxacaq.
“İki sahil” xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçilik etdiyi komanda səfərdə Macarıstanla qarşılaşacaq. C Liqasının 3-cü qrupunun matçı Felksutdakı “Panço Arena”da keçiriləcək və Bakı vaxtı ilə saat 17:30-da başlayacaq. Görüşü Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, Azərbaycan millisi ilk oyununda Şimali Makedoniyaya 2:0 hesabı ilə qalib gəlib.
7 mart
17:30. Macarıstan - Azərbaycan
Baş hakim: Filipa Pereyra Kunya, Andreya Souza, Kristiana Moreyra Kosta, Sara Alves (Hakimlər briqadası Portuqaliyadandır)
“Panço Arena”
Həftəsonu çimərlik güləşi üzrə milli komandamız mövsümün ən mühüm yarışına çıxacaq
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) oxatanlar üçün maarifləndirici seminar keçirib