Keniyanın paytaxtı Nayrobidə sel nəticəsində ən azı 23 nəfər ölüb.
“İki sahil” yerli mediaya istinadla xəbər verir ki, 29 nəfər xilas edilib. Keniya polisi axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.
Martın 6-sı gecə saatlarında başlanan aramsız yağışlar nəticəsində paytaxt Nayrobidə minlərlə ev və ticarət obyektləri sel suları altında qalıb.