Pakistan İslam Respublikası Senatının sədri Seyid Yusuf Rza Gilani Milli Məclisinin sədri Sahibə Qafarovaya telefonla zəng edib
“İki sahil” xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilə məlumata görə, Pakistan Senatının sədri Seyid Yusuf Rza Gilani Azərbaycan
Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovaya telefonla zəng edib. Telefon danışığı zamanı regionda cərəyan edən proseslər müzakirə edilib.
Seyid Yusuf Rza Gilani İran İslam Respublikasının Azərbaycana qarşı dron hücumlarından narahatlığını ifadə edib və bu hücumları qınadığını bildirib. O, Pakistan dövlətinin hər zaman Azərbaycanın yanında olduğunu söyləyib.
Milli Məclisin sədri Sahibə Qafarova göstərilən dəstəyə və həmrəyliyə görə minnətdarlığını bildirib.
Kamaləddin Qafarov: Qadınların ictimai həyatda, parlamentdə, yerli özünüidarəetmədə rolu artır
Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib