Misli Premyer Liqasının 23-cü turunda "Zirə" Kəpəz"i qəbul edib.
“İki sahil” yazır ki, yarışın 5-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Eren Aydın hesabı açsa da 32-ci dəqiqədə Rauf Hüseynli qonaqların bərabərlik qolunu vurub. 51-ci dəqiqədə isə Dioqo Verdaska “Kəpəz”i hesabda önə çıxarıb.
Qarşılaşmada son nöqtəni 90+7-ci dəqiqədə “Zirə”ni məğlubiyyətdən xilas edən Ruan Renatov vurub - 2-2.
Misli Premyer Liqası,
23-cü tur,
9 mart
18:30. “Zirə” 2–2 “Kəpəz”
Qollar: Eren Aydın, 5 (1-0), Rauf Hüseynli, 32 (1*-1), Dioqo Verdaska, 51 (1-2), Ruan Renatov, 90+7 (2-2)
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Alik Yunusov
VAR: Elvin Bayramov
AVAR: Cavid Cəlilov
Zirə İdman Kompleksinin stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”
Həftəsonu çimərlik güləşi üzrə milli komandamız mövsümün ən mühüm yarışına çıxacaq
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) oxatanlar üçün maarifləndirici seminar keçirib