10 mart 2026 09:11
104

Britaniya Yaxın Şərqə təyyarədaşıyan gəmi göndərməyəcək

Böyük Britaniya regiondakı hərbi obyektlərinin təhlükəsizliyini gücləndirmək məqsədilə Yaxın Şərqə “HMS Prince of Wales” təyyarədaşıyan gəmisini göndərmək planını təsdiqləməyib.

“İki sahil” xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti Böyük Britaniya Baş nazirinin Aparat sözçüsünə istinadla məlumat yayıb.

Onun sözlərinə görə, “gəminin göndərilməsi ilə bağlı heç bir qərar qəbul olunmayıb”.

Martın 7-də “Sky News” telekanalı mənbəyə istinadla bildirmişdi ki, Böyük Britaniya Portsmut şəhərində yerləşən “HMS Prince of Wales” təyyarədaşıyan gəmisinin Yaxın Şərqə mümkün göndərilməsinə hazırlaşır.