10 mart 2026 11:42
122

SEPAH: ABŞ və İsrail səfirlərini öz ərazisindən çıxaran ölkələrin gəmiləri Hörmüz boğazından keçə biləcək

ABŞ və İsrail səfirlərini öz ərazisindən çıxaran ölkələrin gəmiləri Hörmüz boğazından keçə biləcək.

“İki sahil” xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb.

Məlumata görə, ABŞ və İsrail səfirlərini öz ərazisindən çıxaran ərəb və ya Avropa ölkələrinin gəmiləri Hörmüz boğazından keçmə hüququna malik olacaq.

Qeyd edək ki, ABŞ, İsrail və İran arasında müharibə başlayandan bəri Hörmüz boğazında gəmilərin hərəkəti iflic olub.