10 mart 2026 12:13
104

Baxçalı: Türkiyə və ya Azərbaycan hava məkanında yolunu itirmiş raket görmək istəmirik

Türkiyə Böyük Millət Məclisinin üzvü, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Türkiyə və ya Azərbaycan hava məkanında istiqamətini və yolunu itirmiş raket görmək istəmədiyini bildirib.

“İki sahil” Haber Global-a istinadla xəbər verir ki, o bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclasında deyib.

Baxçalının sözlərinə görə, Türkiyə qonşuluq hüququnu qorumaq istəyir:

"Lakin Türkiyə elə bir ölkə deyil ki, istəyən raket atsın. Bunu açıq şəkildə bildiririk. Bir daha Türkiyə və ya Azərbaycan hava məkanında istiqamətini və yolunu itirmiş bir raket görmək istəmirik".