10 mart 2026 13:54
111

Britaniya Aralıq dənizinə ikinci hərbi gəmi göndərməyə hazırlaşır

Böyük Britaniya Aralıq dənizinə ikinci hərbi gəminin göndərilməsi üçün hazırlıq görür.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, bundan əvvəl “HMS Dragon” tipli 45 sinif esminesinin bölgəyə göndərilməsi üçün hazırlıq aparıldığı açıqlanmışdı. İndi isə nazirlik “RFA Lyme Bay” gəmisinin də Şərqi Aralıq dənizində dəniz əməliyyatlarında istifadə olunmaq üçün yüksək hazırlıq vəziyyətinə gətirildiyini bildirib.

Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, ehtiyat tədbiri olaraq “RFA Lyme Bay” gəmisinin hazırlıq səviyyəsinin artırılması qərara alınıb. Bu gəmi zərurət yarandığı halda Şərqi Aralıq dənizində dəniz tapşırıqlarının yerinə yetirilməsinə cəlb oluna bilər.