10 mart 2026 14:21
109

Macarıstan neft və benzinin ixracını QADAĞAN ETDİ

Macarıstan hökuməti neft, 95 oktanlı benzin və dizel yanacağının ixracını qadağan edib.

“İki sahil” xəbər verir ki, bu qərar Avropada yanacaq qiymətlərinin kəskin artması ilə bağlıdır və Yaxın Şərqdəki gərginlik fonunda qəbul olunub. Qərarı Macarıstanın iqtisadiyyat naziri Márton Nagy açıqlayıb.

Nazirin Facebook səhifəsində yazdığına görə, hökumət xam neftin, 95 oktanlı benzinin və dizel yanacağının ixracını qadağan edir.

O, həmçinin qeyd edib ki, Macarıstan hökuməti ölkədə mövcud olan neft ehtiyatlarını 45 gün ərzində sərbəst buraxmağı qərara alıb.

Bundan əlavə, yanacaq qiymətlərinin artımını dayandırmaq məqsədilə martın 10-dan etibarən benzin və dizel qiymətlərinə məhdudiyyətlər tətbiq olunub.