"Volkswagen" avtomobil konserni iqtisadi səbəblərlə 2030-cu ilə qədər Almaniyada 50 min işçi yerini ixtisar etməyi planlaşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə TASS şirkətin illik hesabatına istinadla məlumat yayıb.

Hesabata görə, əvvəlki işçi ixtisarları sayəsində istehsalat xərclərində 1 milyard avro qənaət əldə olunub. İndi isə rəhbərlik əlavə işçi qüvvəsini azaldaraq xərcləri daha da optimallaşdırmaq niyyətindədir.

2030-cu ilədək "Volkswagen" hər il təxminən 6 milyard avro xərci azaltmaq hədəfi qoyub. Bunun üçün əlavə personalın ixtisarına üstünlük veriləcək.