"Qarabağ"ın futbolçusu Kamilo Duran Kolumbiya millisinə çağırılıb.
“İki sahil” xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi martda keçiriləcək yoldaşlıq görüşləri üçün dəvət olunub.
İndiyədək milli komandaya dəvət olunmayan Duran "Qarabağ"ın heyətində bu mövsümki çıxışından sonra Kolumbiya yığmasına çağırılıb.
Onun yer aldığı komanda martın 26-da Xorvatiya, üç gün sonra Fransa ilə qarşılaşacaq. Hər iki görüş ABŞ-ın Orlando şəhərində baş tutacaq.
Qeyd edək ki, Kamilo 2025-ci ilin avqustunda "Qarabağ"a keçib.
Həftəsonu çimərlik güləşi üzrə milli komandamız mövsümün ən mühüm yarışına çıxacaq
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) oxatanlar üçün maarifləndirici seminar keçirib