11 mart 2026 09:29
102

Stolüstü tennisçilər Avrasiya Liqasında 

Azərbaycanın qadın stolüstü tennisçiləri bu gün Qazaxıstana yola düşüblər. Seçmə komanda Almatı şəhərində təşkil olunacaq Avrasiya Liqası yarışında iştirak edəcək. “İki sahil” xəbər verir ki, baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə Aylin Əsgərova, Zemfira Mikayılova, Ləman Abdulhəmidova və Mərziyyə Nurmətova martın 12-də Almatı sınaqlarına qatılacaq.  
Ardınca komandamız Çin Xalq Respublikasına təlim-məşq toplanışına yollanacaq. Martın 15-dən 28-dək  Hebey əyalətinin Zenq Dinq şəhərində keçiriləcək toplanış qarşıdakı beynəlxalq yarışlara hazırlıq xarakteri daşıyacaq.