11 mart 2026 10:47
114

Aİ Macarıstan və Slovakiyadan yan keçərək Kiyevə kredit verməyin yolunu tapıb - "Politico"

Avropa İttifaqı ölkələri Macarıstan və Slovakiyanın mümkün vetosunu yan keçərək Ukraynaya maliyyə yardımı göstərmək üçün alternativ plan hazırlayıblar.

“İki sahil” xəbər verir ki, bu barədə "Politico" qəzeti Avropa diplomatlarına istinadən məlumat yayıb.

Məlumata görə, Baltik və Şimali Avropa ölkələri Ukraynaya 30 milyard avro həcmində vəsaitin ikitərəfli kreditlər şəklində verilməsini nəzərdə tutan plan üzərində işləyirlər. Bu mexanizm Macarıstan və Slovakiyanın Ukraynaya ayrılması planlaşdırılan 90 milyard avroluq ümumi kredit paketinə mane olacağı halda tətbiq edilə bilər.

Qəzetin yazdığına görə, bu planın həyata keçirilməsi Ukraynanın ən azı ilin birinci yarısında maliyyə baxımından sabit qalmasına kömək edə bilər.

Diplomatik mənbələrdən biri bildirib ki, ikitərəfli kreditlər Avropa İttifaqının ümumi təsdiqini tələb etmir. Bu səbəbdən də ayrı-ayrı üzv ölkələr Ukraynaya birbaşa maliyyə dəstəyi göstərə bilərlər.

Məlumata görə, Niderlandın maliyyə naziri Eelco Heinen Ukraynaya 2029-cu ilə qədər hər il 3,5 milyard avro həcmində ikitərəfli dəstək ayırmaq niyyətində olduqlarını bildirib.