11 mart 2026 11:05
106

Biz hələ yeni başlamışıq - Əraqçi

"Netanyahu İranın güclü silahlı qüvvələrinin İsraili təcavüzünə görə necə cəzalandırdığını görməyinizi istəmir".

“İki sahil” xəbər verir ki, bunu İranın xarici işlər naziri Seyid Abbas Əraqçi X sosial şəbəkəsində yazıb.

Əraqçi qeyd edib ki, İran İsraili cəzalandırmağa yeni başlayıb: "Ərazidəki qadın və kişilərin məlumatı belədir: Raketlərimizin qoyduğu genişmiqyaslı dağıntılar, liderlərin qorxu və narahatlığı, hava hücumundan müdafiə sistemlərinin sıradan çıxması.

Və biz hələ yeni başlamışıq!"