Hörmüz boğazında kommersiya yük gəmisi naməlum mərminin dəyməsindən sonra alovlanıb.
“İki sahil” xəbər verir ki, bu barədə "UK Maritime Trade Operations" (UKMTO) məlumat yayıb.

Qurumun açıqlamasına görə, hadisə Hörmuz akvatoriyasında, Oman sahillərindən təxminən 11 dəniz mili şimalda baş verib. Naməlum sursatın gəmiyə birbaşa dəyməsi nəticəsində bortda güclü yanğın başlayıb.
UKMTO-nun məlumatında bildirilir ki, yük gəmisi naməlum mərmi ilə vurulub. Hadisədən sonra vəziyyətin kritik olması səbəbindən gəminin heyəti təcili yardım çağırıb.
Hazırda gəmidə olan şəxslərin təxliyəsi həyata keçirilir.