11 mart 2026 13:50
81

İstanbul Ukrayna üzrə danışıqlar üçün platforma ola bilər - Peskov

Ukraynada münaqişənin həlli prosesi iştirakçıları İstanbulu danışıqlar platforması kimi müsbət qarşılayırlar.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

O, vurğulayıb: “Şübhəsiz, İstanbul seçimi mövcuddur və bütün tərəflər ona olduqca pozitiv yanaşır.”

Peskov həmçinin qeyd edib ki, Donald Trampın Ukrayna məsələsinin həllinə yönəlmiş səyləri Rusiya tərəfindən alqışlanır.