AFFA İntizam Komitəsi “Sabah”ın məşqçisi Valerio Zuddası 7 oyunluq diskvalifikasiya edib.
“İki sahil” xəbər verir ki, buna mütəxəssisin Misli Premyer Liqasının XXII turunun “Qarabağ”la matçında (3:3) rəqib komandanın ehtiyat skamyasında əyləşən şəxslərə qeyri-etik jest etməsi səbəb olub. Nəticədə Bakı klubu da 15 000 manat məbləğində cərimələnib.
“Qarabağ”ın məşqçiləri Müşfiq Hüseynov və Zaur Tağızadə isə kütləvi davada iştirak etdiklərinə görə hərəsi 6 oyun cəza alıb. Klub isə ümumilikdə 12 000 manat cərimə ödəyəcək.
Həftəsonu çimərlik güləşi üzrə milli komandamız mövsümün ən mühüm yarışına çıxacaq
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) oxatanlar üçün maarifləndirici seminar keçirib