12 mart 2026 08:32
120

ABŞ İrana qarşı hərbi əməliyyatları dərhal dayandırmaq niyyətində deyil

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonun İrana qarşı hərbi əməliyyatlarını dayandırmaq üçün təcili planı yoxdur.

“İki sahil” xəbər verir ki, o, bu barədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Amerika lideri İslam Respublikasının hərbi potensialını əhəmiyyətli dərəcədə itirdiyini iddia edib.

"Bu, əməliyyatı dərhal dayandıracağımız anlamına gəlmir", - Tramp qeyd edib.

Onun sözlərinə görə, ABŞ-nin əsas məqsədi mümkün qədər tez qələbə qazanmaqdır. "Əsas məsələ qalib gəlməyimizdir. Tez qalib gəlməliyik", - ABŞ Prezidenti əlavə edib.