12 mart 2026 10:19
88

"Bu cinayətin qisası mütləq alınacaq" - Əraqçi

"Milli infrastruktura edilən hücumun qisasını alacağıq".

“İki sahil” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi özünün X hesabında yazıb. 

O, ​​İranın milli infrastrukturunun hədəfə alındığını bildirib: "İranın milli infrastrukturu hədəfə alınıb. Bu dəfə ölkəmizin ən qədim bankının filiallarından biri işçilərlə dolu ikən bombalanıb. O işçilər Novruz gəlməzdən əvvəl İran xalqının süfrələrinin bərəkətli olmasını təmin etməyə çalışırdı. 

Güclü silahlı qüvvələrimiz bu cinayətin qisasını mütləq alacaq".