Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U23 Avropa çempionatı davam edir.
“İki sahil” xəbər verir ki, yarışın 3-cü günündə 50, 55 və 59 kq-da yer alan qadın güləşçilərimiz xalçaya çıxıb. Əsmər Cankurtaran (50 kq) 1/4 finalda rumıniyalı Ana Mariya Rotaruya 2:11 hesabıyla məğlub olub. Gültəkin Şirinova (55 kq) bolqarıstanlı Nəsrin Sebaydinova Süleymanovanı (6:1) və moldovalı Mihaela Samoiliyə (7:3) qalib gələrək finala vəsiqə qazanıb. Gültəkin sabah həlledici görüşdə macarıstanlı Gerda Tereklə güləşəcək. Günay Qurbanova (59 kq) rusiyalı Yekaterina Radişyovaya (12:0), bolqarıstanlı Viktoriya Boynovanı (tuş) və rumıniyalı Ana Maria Puiuyu (tuş) vaxtından əvvəl üstələyib. Günay finalda belaruslu Marta Hetmanavayla qarşılaşacaq.
Həftəsonu çimərlik güləşi üzrə milli komandamız mövsümün ən mühüm yarışına çıxacaq
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) oxatanlar üçün maarifləndirici seminar keçirib