12 mart 2026 13:25
109

Banqladeş Rusiyadan neft almaq üçün ABŞ-dan icazə istəyib

Banqladeş hakimiyyəti Rusiyadan neft idxalına icazə verilməsi ilə bağlı ABŞ-a müraciət edib.

“İki sahil” xəbər verir ki, bu barədə “The Daily Star” nəşri məlumat yayıb.

Banqladeşin maliyyə və planlaşdırma naziri Amir Xosru Mahmud Çoudhuri ABŞ-ın ölkədəki səfiri Brent Kristensen ilə görüşdən sonra bildirib ki, müvafiq sorğu Vaşinqtona göndəriləcək. Onun sözlərinə görə, Banqladeş tərəfi Rusiyadan enerji resurslarının alınması məsələsində ABŞ-ın mövqeyini nəzərə almağa çalışır.

Bundan əvvəl Rusiya prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev qeyd etmişdi ki, hazırda bir çox ölkə dünya üçün Rusiyanın neft və qazının əsas rolunu daha yaxşı anlamağa başlayır.