BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) humanitar yardımın daşınması və çatdırılması xərcləri Yaxın Şərqdəki gərginlik fonunda təxminən 18% artıb.
“İki sahil” xəbər verir ki, bu barədə BMT məlumat yayıb.
"Fars körfəzində artan qeyri-sabitlik qlobal gəmiçilik və təchizat marşrutlarını pozur və nəqliyyat xərclərinin, yanacaq qiymətlərinin və ərzaq qiymətlərinin artmasına səbəb olur. Ümumdünya Ərzaq Proqramının xərcləri təxminən 18% artıb. Bu domino effekti Yaxın Şərqdə və ondan kənarda milyonlarla insan üçün aclığa səbəb olur", - məlumatda deyilir.