12 mart 2026 17:39
109

Mən heç vaxt bunun baş verməsinə icazə verməyəcəyəm - Tramp

İsraillə birgə İrana qarşı əməliyyatın məqsədi Tehranın nüvə silahı hazırlamasının qarşısını almaqdır.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social"da yazıb.

"Birləşmiş Ştatlar, şübhəsiz ki, dünyanın ən böyük neft istehsalçısıdır, ona görə də neft qiymətləri artanda biz daha çox pul qazanırıq. Lakin prezident kimi mənim üçün daha böyük maraq və əhəmiyyət kəsb edən məsələ – İranın nüvə silahına sahib olmasının və Yaxın Şərqin, əslində bütün dünyanın məhv edilməsinin qarşısını almaqdır. Mən heç vaxt bunun baş verməsinə icazə verməyəcəyəm! Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm", - o yazıb.