Rusiya Xarici İşlər Nazirliyi rusiyalılara Almaniyaya yalnız zəruri hallarda səfər etmələrini tövsiyə edib.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə XİN rəsmisi Mariya Zaxarova bildirib.
O, bunu Almaniya hakimiyyətinin Rusiya vətəndaşlarına münasibəti ilə izah edib. “Biz yenidən Almaniyaya yalnız zəruri hallarda səfər etməməyi tövsiyə edirik”, — deyə, o, qeyd edib.
Onun sözlərinə görə, hazırkı Almaniya hakimiyyəti əksər Rusiya vətəndaşlarını ölkədə şübhəli hesab etməyə davam edir.
ABŞ dörd Hindistan şirkətinə qarşı tətbiq etdiyi anti-Rusiya sanksiyalarını ləğv edib
Bosniya böhranı: ABŞ və Avropa yeni idarəçinin təyinatında razılığa gələ bilmədilər