Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U23 Avropa çempionatı davam edir.
“İki sahil” xəbər verir ki, yarışın 4-cü günündə iki qadın güləşçimiz final görüşünə çıxıb. Gültəkin Şirinova (55 kq) həlledici görüşdə macarıstanlı Gerda Tereklə bacarmayıb (0:11) və gümüş medalı boynundan asıb. Günay Qurbanovanın (59 kq) belaruslu Marta Hetmanavayla final qarşılaşması gərgin mübarizə şəraitində keçib. Rəqibinə minimal fərqlə (2:1) qalib gələn güləşçimiz ötənilki nəticəsini təkrarlayıb və titulunu qorumaqla yenidən U23 Avropa çempionu olub.
Həftəsonu çimərlik güləşi üzrə milli komandamız mövsümün ən mühüm yarışına çıxacaq
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) oxatanlar üçün maarifləndirici seminar keçirib