ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) 63 illik rekord yenilənib.
“İki sahil” xəbər verir ki, “Oklahoma Siti Tander” komandasının basketbolçusu Şey Gilces-Aleksander ötən gecə “Boston Seltiks”lə keçirilən qarşılaşmada tarixi nailiyyətə imza atıb.
Kanadalı oyunçu bu görüşdə 20 xal səddini keçməklə ardıcıl 127-ci matçda 20-dən çox xal toplayan ilk basketbolçu olub. Bununla da o, 63 il qüvvədə qalan və ABŞ-nin əfsanəvi basketbolçusu Uilt Çemberlenə məxsus olan 126 oyunluq göstəricini yeniləyib.
Həftəsonu çimərlik güləşi üzrə milli komandamız mövsümün ən mühüm yarışına çıxacaq
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) oxatanlar üçün maarifləndirici seminar keçirib