13 mart 2026 14:29
125

Rusiya nefti ilə bağlı qərar Aİ ilə fikir ayrılığını dərinləşdirəcək

ABŞ rəhbərliyinin Rusiya neftinə qarşı tətbiq olunan sanksiyaları yumşaltmaq qərarı Vaşinqtonla Avropa İttifaqı arasında mövcud fikir ayrılıqlarını daha da dərinləşdirə bilər.

“İki sahil” xəbər verir ki, bu barədə The New York Times nəşri yazır.

Nəşrin məlumatına görə, ABŞ administrasiyasının belə bir addımı Birləşmiş Ştatlarla Avropa arasında əlavə siyasi gərginliyə səbəb ola bilər. Məqalədə qeyd olunur ki, sanksiyaların yumşaldılması qərarı Qərb ölkələrinin Rusiya ilə bağlı vahid mövqeyinə mənfi təsir göstərə bilər.

Eyni zamanda, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vaşinqtonun Rusiya neftinə qarşı tətbiq edilən sanksiyaları zəiflətməsi ABŞ-ın qlobal enerji bazarını sabitləşdirmək cəhdi kimi qiymətləndirilə bilər.