Misli Premyer Liqasının 24-cü turunda "Araz-Naxçıvan" "Karvan-Yevlax"la qarşılaşıb.
“İki sahil” yazır ki, saat 18:30-da başlayan görüşün 37-cidəqiqəsində meydan sahiblərinin futbolçusu Hamidu Keyta hesabı açıb. 40-cı dəqiqədə isə Ba-Muaka Simakala naxçıvanlıların üstünlüyünü iki topa yüksəldib. 51-ci dəqiqədə “Karvan-Yevlax”ın futbolçusu Kayl Spens fərqi minimuma endirib.
Qarşılaşma “Araz-Naxçıvan”ın 2-1 hesablı qəəbəsi ilə başa çatıb.
Misli Premyer Liqası,
24-cü tur
13 mart (cümə)
18:30. “Araz-Naxçıvan” 2–1 “Karvan-Yevlax”
Qollar: Hamidu Keyta, 37 (1-0), Ba-Muaka Simakala, 40 (2-0), Kayl Spens, 51 (2-1)
Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Kərim Zeynalov, İslam Məmmədov
VAR: Elvin Bayramov
AVAR: İnqilab Məmmədov
“Liv Bona Dea Arena”
Məhərrəm Ağalaroğlu, “İki sahil”
Həftəsonu çimərlik güləşi üzrə milli komandamız mövsümün ən mühüm yarışına çıxacaq
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) oxatanlar üçün maarifləndirici seminar keçirib