13 mart 2026 23:06
112

Pakistan-Əfqanıstan münaqişəsində itki sayı artıb

Əfqanıstanda keçirilən əməliyyatlarda 663 silahlı öldürülüb.

İki sahil” xəbər verir ki, Pakistanın informasiya naziri Attaullah Tarar “X”də yazıb.

Onun sözlərinə görə, döyüşlərdə 887-dən çox insan yaralanıb, həmçinin 249 nəzarət məntəqəsi və 224 tank, zirehli texnika və artilleriya qurğusu məhv edilib.

Tarar həmçinin Əfqanıstan tərəfindəki 44 nəzarət məntəqəsinin ələ keçirildiyini bildirib.

Əfqanıstan Müdafiə Nazirliyinin “X” hesabından verilən açıqlamada hücumlara cavab olaraq Pakistan ərazisinə əks-hücumlar etdikləri bildirilib.

Açıqlamada Pakistanın Xayber Paxtunxva əyalətinin Kohat bölgəsindəki hərbi obyektə hava hücumu edildiyi və hücum nəticəsində obyektin komandanlıq mərkəzi, anbarları və kazarmalarının dağıdıldığı qeyd edilib.

İslamabad bildirib ki, “Pakistan Talibanı” (TTP) Əfqanıstanda yerləşir və hücumlarını oradan təşkil edir, Əfqanıstan hökuməti isə bu iddiaları rədd edir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”