14 mart 2026 08:47
107

Çin beyin implantlarının istifadəsini təsdiqlədi

Çin tibdə ilk dəfə beyin implantlarının istifadəsini təsdiqləyib.

“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Bildirilib ki, "Neuracle" cihazı onurğa beyni zədələri və qismən iflic olan insanlara kömək etmək üçün nəzərdə tutulub. Sistem robot əlcək, implantasiya edilə bilən beyin sensorları, neyron siqnalının dekodlanması texnologiyası və ixtisaslaşdırılmış proqram təminatını əhatələyir. Məqalədə qeyd olunub ki, "Neuracle" məhsulu klinik sınaqlarda xəstələrin əşyanı götürmək və saxlamaq qabiliyyətlərini yaxşılaşdırmağa kömək edib.