14 mart 2026 09:03
117

Ukraynada onlarla deputat istefa ərizəsi təqdim edib

Onlarla Ali Rada üzvü deputat səlahiyyətlərinə xitam verilməsi barədə ərizə təqdim edib.

“İki sahil” UNİAN-a istinadən xəbər verir ki, bu barədə xalq deputatı Aleksandr Yurçenko "Novini.Live" efirində bildirib.

"Mənə məlumdur ki, Ali Radanın onlarla deputatı artıq ərizə verib, getmək, mandatdan imtina etmək istəyir, onlarla, təxminən 50-60 nəfər", - deyə agentlik parlamentarinin sözlərini çatdırıb.

Söhbətin hakim "Xalqın xidmətçisi" Partiyasının nümayəndələrindən gedib-getmədiyi ilə bağlı dəqiqləşdirici suala Yurçenko təsdiqləyici cavab verib.

Deputatın sözlərinə görə, səbəblər, ehtimal ki, parlamentin uzun kadensiyası, yorğunluq və 50 min qrivna (1,1 min ABŞ dollarından çox - red.) məbləğindəki aşağı maaşdır.