Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda növbəti matçına bu gün çıxacaq.
“İki sahil” xəbər verir ki, B qrupunda yer alan yığma İspaniya seçməsi ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 12:10-da start götürəcək.
Ötən gün Kanadaya uduzan (10:16) komanda Tailandı (21:8) məğlub edib. Qrupda ilk iki pilləni tutan kollektivlər yarımfinala vəsiqə qazanacaq.
Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.
Həftəsonu çimərlik güləşi üzrə milli komandamız mövsümün ən mühüm yarışına çıxacaq
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) oxatanlar üçün maarifləndirici seminar keçirib