"Mançester Yunayted"in kapitanı Bruno Fernandeş klubun tarixinə düşməyi bacarıb.
“İki sahil” xəbər verir ki, Premyer Liqanın 30-cu turunda "Aston Villa"ya qarşı keçirilən və "qırmızı şeytanlar"ın 3:1 hesablı qələbəsi ilə başa çatan matçda portuqaliyalı yarımmüdafiəçi iki məhsuldar ötürmə ilə yadda qalıb.
Bununla da Bruno bu mövsüm Premyer Liqadakı məhsuldar ötürmələrinin sayını 16-ya çatdırıb. O, bu göstərici ilə klubun əfsanəsi Devid Bekhemin rekordunu qırıb. Bekhem 1999/2000-ci illər mövsümündə "Mançester Yunayted"in heyətində Premyer Liqada 15 məhsuldar ötürmə müəllifi olmuşdu.
Həftəsonu çimərlik güləşi üzrə milli komandamız mövsümün ən mühüm yarışına çıxacaq
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) oxatanlar üçün maarifləndirici seminar keçirib